Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərq enerji böhranı yeni mərhələyə qədəm qoyur

Yaxın Şərq enerji böhranı yeni mərhələyə qədəm qoyur


Yaxın Şərq münaqişəsinin yaratdığı qlobal enerji böhranı yay mövsümü yaxınlaşdıqca yeni bir mərhələyə qədəm qoyur.

Newscenter.az-ın xəbərinə görə, bu barədə "Financial Times" qəzeti yazıb. Nəşrin verdiyi məlumata görə, təxminən 80 ölkə iqtisadiyyatlarını qorumaq üçün təcili tədbirlər görüb. Aberdeen şirkətinin aktivlər üzrə meneceri Pol Diql qəzetə bildirib ki, Brent markalı neftin qiymətinin bir barel üçün 180 dollara çata bilər.

Qəzet qeyd edir ki, neft, dizel və reaktiv yanacağı tədarükü istehlakçıların kondisionerlərə və beynəlxalq səyahətlərə artan tələbatı ilə daha da pisləşə bilər. İqtisadçılar qlobal ehtiyatların rekord həddə tükənməsi səbəbindən neft qiymətlərində yeni bir artım ehtimalı barədə xəbərdarlıq ediblər.

Avropa Nəqliyyat və Turizm Komissarı Apostolos Tzitzikostas qəzetə bildirib ki, Yaxın Şərq münaqişəsi yaxın həftələrdə həll olunmazsa, qlobal tənəzzül qaçılmaz ola bilər.

Arzu
Xəbəri paylaş