Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ebola virusunun inkubasiya dövrü nə qədərdir?

Ebola virusunun inkubasiya dövrü nə qədərdir?



Ebola virusunun inkubasiya dövrü 2 gündən 21 günə qədərdir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Novosibirsk Dövlət Universitetinin Tibb və Tibbi Texnologiyalar İnstitutunun yoluxucu xəstəliklər üzrə mütəxəssisi Yuliya Yermolaeva məlumat verib.

O bildirib ki, yoluxmuş şəxslə təmasdan xəstəliyin ilk simptomlarının başlanmasına qədər olan müddət 2 gündən 21 günə qədərdir. İnkubasiya dövrünün spesifik ştammdan asılı olaraq əhəmiyyətli dərəcədə dəyişdiyinə dair heç bir dəlil yoxdur. Lakin bəzi məlumatlara görə, uşaqlarda inkubasiya dövrü böyüklərə nisbətən daha qısa ola bilər.

Yoluxucu xəstəliklər üzrə mütəxəssis qeyd edib ki, xəstə təcrid olunduğu müddətdə tədbirlərin görülməsi infeksiyanın yayılmasının qarşısını almağa kömək edəcək. Riskləri minimuma endirmək üçün endemik bölgələrdən gələn sərnişinlər müayinədən keçirilir Xəstəlikdən şübhələnildikdə, xəstələr vaxtında diaqnoz və müalicə, eləcə də təcrid olunmaq üçün dərhal yoluxucu xəstəliklər xəstəxanalarındakı ixtisaslaşmış şöbələrə yerləşdirilir.

Ekspert qeyd edib ki, əsas risk yalnız Afrikaya işgüzar və ya turizm səfərləri edənlər üçün mövcuddur. Bu halda əsas qorunma xəstə insanlar və heyvanlarla təmasdan qaçınmaqdır.

Arzu
Xəbəri paylaş