
Konqo Demokratik Respublikasında (KDR) 90-dan çox insanın ölümünə səbəb olduğu təxmin edilən Ebola epidemiyası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edilib.
Newscenter.az xəbər verir ki, bu barədə trthaber mıəlumat yayıb. Bildirilib ki, son 50 ildə Afrikada 15.000-dən çox insanın ölümünə səbəb olan bu yüksək yoluxucu hemorragik qızdırmanın hazırkı epidemiyasından məsul olan ştamm üçün hazırda heç bir peyvənd və ya spesifik müalicə yoxdur.
Bölgədə təxminən 350 şübhəli hal qeydə alınıb, təsirlənənlərin əksəriyyəti 20-39 yaş arasında, xəstələrin isə 60 faizindən çoxu qadınlardır. Qeyd edilib ki, hələlik laboratoriyalarda kifayət qədər nümunə sınaqdan keçirilməyib və hesabatlar əsasən şübhəli hallara əsaslanır.
Araz












































