Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan sülh və müasir inkişaf məkanıdır

Azərbaycan sülh və müasir inkişaf məkanıdır



"Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda təşkil edilməsi Azərbaycanın beynəlxalq səviyyəli yüksək nüfuzunun bariz nümunəsidir".

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Tural İsmayılov deyib. O bildirib ki,
bu Forumda ümumilikdə dünyadakı şəhərlərin hərtərəfli inkişafı üçün xüsusi töhfələr verilir:

"İlk növbədə maliyyə axını sürətlənəcək. Belə ki, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər böyük donor təşkilatlar forum çərçivəsində ehtiyacı olan ölkələrin ekoloji və sosial mənzil layihələrinə milyardlarla dollar investisiya ayırır. Qlobal tərəfdaşlıq güclənəcək. Çünki nəticədə şəhərlərin rəhbərləri və özəl tikinti nəhəngləri arasında birbaşa əlaqələr qurulur. Bununla yanaşı Forumda Karbon emissiyasını azaldan ekoloji təmiz binaların inşası üçün vahid qlobal standartlar qəbul olunur. İnkişaf etməkdə olan yoxsul ölkələr, inkişaf etmiş dövlətlərin uğurlu şəhərsalma modellərini birbaşa mənimsəyirlər".

Arzu
Xəbəri paylaş