Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

WUF13-ün Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətlidir

WUF13-ün Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətlidir


“Azərbaycan evsahbliyi etdiyi bütün beynəlxalq tədbirlər kimi Ümumdünya Şəhərsalma Forumunu (WUF13) da ən yüksək səviyyədə keçirərək yenidən bir ilkə imza atır. Belə ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə rekord sayda iştirakçı qeydə alındı. Foruma 180 ölkədən 40 mindən artıq iştirakçının qatılması təkcə WUF13-ə olan maraqdan irəli gəlmirdi. Bu eyni zamanda Azərbaycana olan etibarın, ona olan diqqətin, marağın göstəricisi idi”.

Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov deyib. Millət vəkili qeyd edib ki, bir qayda olaraq iştirakçılar səfər etdikləri ölkədə sabitlik və təhlükəsizliyin hansı səviyyədə olması ilə maraqlanırlar və bu baxımdan ölkəmiz istənilən dövlətin vətəndaşı üçün cəlbedici, təhükəsiz məkan kimi tanınır:

“Elə WUF13-də iştirakçı sayının rekord səviyyədə olması da bundan irəli gəlir. Digər tərəfdən yuxarıda qeyd etdiyim kimi Azərbaycan indiyə qədər evsahiblik etdiyi bütün beynəlxalq tədbirləri ən yüksək səviyyədə reallaşdırıb. Bu sahədə böyük təcrübəyə malikdir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları da forumun açılış mərasimində çıxışı zamanı bu məqamı xüsusi olaraq vurğuladı. Dövlət başçısı bildirdi ki, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir. Cənab Prezident ümid etdiyni bildirdi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq”.

İlham Məmmədov qeyd edib ki, forum Bakıya təşrif buyurmuş xarici qonaqların ölkəmizi daha yaxından tanımaq, zəngin irsimiz, qədim tariximiz, mədəniyyətimizi öz gözləri ilə görmək baxımından da olduqca əhəmiyyətlidir:

“Prezidentin qeyd etdiyi kimi ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar. Dövlət başçısının təbirincə desək, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub”.

Millət vəkilinin ssözlərinə görə, Forum Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq-abadlıq işlərinin təqdimatı, dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir:

“Bu gün ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzura yeni həyat bəxş etmək, bu bölgəni təkcə Azərbaycan üçün deyil, eləcə də dünya üçün cəlbedici məkana çevirməkdir. Ötən 5 il ərzində bu bölgədə kifayət qədər böyük işlər görülüb. “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri reallaşdırılıb. Yeni yaşayış kompleksləri salınıb. Nəticədə “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə vətəndaşımız öz dədə-baba torpaqlarına qayıdıblar. Bütün bunların təqdimatı və Azərbaycann təcrübəsinin dünyaya göstərilməsi baxımından Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi olduqca vacibdir və əhəmiyyətlidir. Eyni zamanda Forum Azərbaycan modelinin dünyaya təqdimatıdır”.

İlham Məmmədov onu da qeyd edib ki, forum ölkə turizminə marağın da artmasına səbəb olacaq:

“Ümid edirəm ki, forum müddətində Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi ilə tanış olan qonaqlar sonrakı mərhələdə ölkəmizi daha yaxından kəşf etmək üçün turist kimi Azərbaycana səfər etməyə üstünlük verəcəklər”.

Süleyman
Xəbəri paylaş