Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın müasir şəhərsalma siyasəti

Azərbaycanın müasir şəhərsalma siyasəti


"2026-cı il mayın 18-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası beynəlxalq şəhərsalma və urbanizasiya sahəsində ən mühüm qlobal platformalardan biri olmuşdur. Forum dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrini, beynəlxalq təşkilatları, şəhərsalma mütəxəssislərini, memarları və urbanistləri bir araya gətirmişdir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Leyla Nəsirova deyib. O bildirib ki, tədbir Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, qlobal təşəbbüslərdə fəal iştirak etdiyini və mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirmişdir:

"Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin dünya miqyasında böyük maraq doğurduğunu göstərmişdir. Bu göstərici Ümumdünya Şəhərsalma Forumunun tarixində rekord iştirakçı sayı kimi qiymətləndirilmişdir. Belə geniş beynəlxalq iştirak forumun qlobal şəhərsalma problemlərinin müzakirəsi üçün mühüm platformaya çevrildiyini sübut etmişdir.

Tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını və təşkilati potensialını ortaya qoymuşdur. Forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri davamlı şəhər inkişafı, ekoloji təhlükəsizlik, urbanizasiya problemləri və innovativ şəhər idarəetmə modelləri barədə fikir mübadiləsi aparmışlar. Forumun keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan rolunun və etibarlı tərəfdaş kimi mövqeyinin göstəricisi olmuşdur. Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, bu tədbir COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Bu fakt ölkənin qlobal miqyaslı tədbirlərin təşkili sahəsində mühüm təcrübəyə malik olduğunu nümayiş etdirmişdir".

Şeyda
Xəbəri paylaş