
Ermənistan və Rusiya qaz qiymətləri ilə bağlı dəqiq strateji razılığa gəliblər və bu, dəyişdirilə bilməz.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan deyib.
"Qazın qiymət artımı məsələsinə gəldikdə, bu, baş verə bilməz, çünki bizim müqaviləmiz var. Bu müqavilə qüvvədədir və qarşılıqlı faydalıdır. Bu müqavilədə şərtlər var və qazın qiymətləri ilə bağlı aydın strateji razılaşmalar əldə etmişik. Onlara hörmət edilməlidir", - deyə Paşinyan, brifinqdə bildirib.
Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Baş nazir Paşinyanla görüşündə Ermənistan üçün Rusiya qazının qiyməti ilə Avropadakı qaz qiymətləri arasındakı əhəmiyyətli fərqi qeyd etdi. Rusiya liderinin sözlərinə görə, hazırda Avropada qazın qiyməti sürətlə yüksəlir və 1000 kubmetr üçün 600 dollardan çoxdur, Rusiya isə Ermənistana qazı 1000 kubmetr üçün 177,5 dollara satır.
Aprelin 4-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan qazın qiymətlərinin artırılması halında ölkənin KTMT, AİB və digər təşkilatlardan çıxacağını açıqladı.
Şeyda












































