
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Rusiya Prezidenti Vladimir Putin 27-29 may tarixlərində Astanaya dövlət səfəri edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Akorda məlumat verib. Bildirilib ki, danışıqlar zamanı dövlət başçıları Qazaxıstan və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətini, eləcə də onların gücləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Mayın 28-də Astanada Avrasiya İqtisadi Birliyinə üzv dövlət başçılarının iştirakı ilə Avrasiya İqtisadi Forumu keçiriləcək. Mayın 29-da isə prezidentlərin iştirakı ilə Ali Avrasiya Şurasının iclası təşkil olunacaq.
Süleyman













































