
ABŞ hakimiyyəti Tehranla diplomatik əlaqələrin istənilən nəticəni vermədiyinə inanarsa, İrana qarşı əlavə tədbirlər görmək üçün başqa variantlar axtarmaq niyyətindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib.
Hindistanda səfərdə olan ABŞ Dövlət Departamentinin rəhbəri deyib ki, prezident Donald Trampın qeyd etdiyi kimi, o, tələsmir və pis bir razılaşma əldə etməyəcək:
"Alternativ variantları sınamazdan əvvəl diplomatiyaya tam şans verəcəyik."
Rubio Vaşinqton administrasiyasının İranla bağlı növbəti addımlarına toxunaraq vurğulayıb ki, ya yaxşı bir razılaşmamız var, ya da fərqli bir yanaşma tətbiq etməli olacağıq. Dövlət katibi vurğulaylb ki, iki tərəf hələ də mümkün razılaşmalar üzərində işləyir.
Şeyda













































