Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənd Beynəlxalq İnvestisiya Forumunda 99 ölkədən nümayəndə iştirak edəcək

Daşkənd Beynəlxalq İnvestisiya Forumunda 99 ölkədən nümayəndə iştirak edəcək


16-18 iyun tarixlərində keçiriləcək beşinci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda 99 ölkədən 8 mindən çox iştirakçının, o cümlədən təxminən 3,1 min xarici qonağın iştirakı gözlənilir.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bu barədə prezident Şavkat Mirziyoyev məlumat verib. O deyib ki, tədbirə dəvət olunanlar arasında hökumət başçıları və xarici ölkələrin nümayəndələri, nüfuzlu beynəlxalq maliyyə qurumlarının, iri şirkətlərin, investisiya fondlarının və işgüzar dairələrin rəhbərləri var.

Forumda həmçinin Mirziyoyevin rəhbərliyi altında Xarici İnvestorlar Şurasının növbəti plenar iclası keçiriləcək.
Bu ilki forumda çoxlu sayda investisiya müqaviləsinin imzalanması da planlaşdırılır.

Bildirilib ki, hazırlanan müqavilələr kimya sənayesi, geologiya və metallurgiya, yüngül sənaye, elektrotexnika və maşınqayırma, əczaçılıq, kənd təsərrüfatı, tikinti materialları, enerji və ekologiya, rəqəmsal texnologiyalar, tikinti və infrastruktur, bankçılıq və maliyyə, nəqliyyat və logistika, turizm və təhsil kimi mühüm sahələri əhatə edir.

Süleyman
Xəbəri paylaş