
"Daha bir külli miqdarda mənimsəmə faktı "Bakubus"da üzə çıxıb. Məlum olub ki, 2025--ci ildə dövlət büdcəsindən "Bakubus"a 100 milyon manat dotasiya ayrılıb".
Newscenter.az xəbər verir ki, bunu deyən siyasi şərhçi Əli Orucovun sözlərinə görə, paytaxtın sərnişin nəqliyyat daşımaları ilə məşğul olan qrumlarındakı neqativ hallar, maliyyə pozuntuları və yeyintilər uzun illərdir davam etməkdədir:

"Hər il daşımalara görə qiymət artırılır və bunu da keyfiyyətli xidmətə müsbət təsir edəcəyi deyilir. Lakin heç nə dəyişməyib. Dəyişən israfçılığın və mənimsəmələrin miqyasının böyüməsidir. Hamı da bilir ki, paytaxtın sərnişin daşımaları gəlirli sahələrdir. Bunun müqabilində Bakının yerüstü və yeraltı ictimai nəqliyyatında dövlət tərəfindən ayrılan dotasiyalar heç bir iqtisadi qanunlara və məntiqə sığmır. Həmin sektor əksinə büdcəyə vəsait gətirməlidir".
Əli Orucov hesab edir ki, burda təkcə yarıtmaz idarəçilik deyil, mənimsəmə və korrupsiya faktorları önə çıxır:
"Kimlərsə sürətli varlanıb, talançılıqla astranomik pullar qazanır, paytaxt sakinləri isə soyulur, onların ciblərinə girilir".
Süleyman












































