Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mobil köçürmələrə görə, 115 min nəfər nəzarətə götürülüb

Mobil köçürmələrə görə, 115 min nəfər nəzarətə götürülüb


Qazaxıstanda üç ay ərzində 100 köçürmədə 115 min nəfər 1 020 000 tengedən çox pul alıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat verib. Nazir Madi Takiyev mobil köçürmələrin auditinin nəticələrini açıqlayıb.

Bildirilib ki, öçürmələrin ümumi məbləği 1 trilyon tengedən çoxdur. Bu pulun əksəriyyəti - 670 milyard tenge - fiziki şəxslər tərəfindən köçürülüb. Mobil köçürmələr vasitəsilə pul alanlar arasında 7800 qeyri-rezident də var.

"Biz onlara nəzarəti gücləndirdik. Pulun haradan gəldiyini və hara göndərildiyini soruşuruq. Daha sonra 200 milyard tenge məbləğində köçürmə edən fərdi sahibkarlar var. Onların hamısına cəzalandırmaq üçün deyil, izahat vermək üçün xəbərdarlıq göndərilib", - deyə Takiyev bildirib.

Nazirin sözlərinə görə, nəzarətə alınanlar arasında çoxlu sayda taksi sürücüsü və kuryer var.

Arzu
Xəbəri paylaş