Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan dünyanın TOP-5 ölkəsi arasında yer alıb

Özbəkistan dünyanın TOP-5 ölkəsi arasında yer alıb


BMT Turizm Təşkilatının (Dünya Turizm Barometri) son analitik məlumatlarına görə, Özbəkistan 2026-cı ilin yanvar-mart aylarında xarici turistlərin cəlb edilməsində ən yüksək artım göstərən dünyanın TOP-5 ölkəsi arasında yer alıb.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi (uze.uz) məlumat yayıb.

Hesabatda qeyd olunur ki, ölkəyə gələn beynəlxalq turistlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 37% artıb. Bu, Özbəkistanın qlobal turizm bazarındakı mövqeyinin getdikcə möhkəmləndiyini göstərir.

2026-cı ilin birinci rübündə dünya miqyasında beynəlxalq səyahətlərin həcmi orta hesabla 2% artaraq 307 milyon turist təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon çoxdur.

Qlobal artım templəri fonunda Özbəkistan turizm sektorunda daha yüksək nəticələr nümayiş etdirir. Xüsusilə, 2025-ci ildə ölkəyə təxminən 11,7 milyon xarici turist səfər etmişdisə, 2026-cı ilin ilk beş ayında bu rəqəm 5,3 milyona yüksəlib.

Süleyman
Xəbəri paylaş