Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan-Türkiyə əməkdaşlığı strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyub

Özbəkistan-Türkiyə əməkdaşlığı strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyub


Türkiyə Böyük Millət Məclisinin Təhlükəsizlik və Kəşfiyyat Komissiyasının sədri Veysel Tipioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Ali Məclisinin Senatını ziyarət edib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Senatın Beynəlxalq münasibətlər, xarici iqtisadi əlaqələr, xarici investisiyalar və turizm komitəsinin sədri Əlişir Əzəmxocayevlə görüşdə Özbəkistan və Türkiyə arasında çoxşaxəli əməkdaşlıq perspektivləri və parlamentlərarası əlaqələrin inkişafı üçün prioritet sahələr müzakirə olunub.

Tərəflər son illərdə iki dövlətin liderləri arasında qarşılıqlı etimad, dostluq və açıq dialoqa əsaslanan münasibətlər nəticəsində Özbəkistan-Türkiyə əməkdaşlığının yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyduğunu vurğulayıblar.

Bu, ticarət-iqtisadi münasibətlər, investisiya əməkdaşlığı və mədəni-humanitar sahələrlə yanaşı, parlament diplomatiyasının inkişafı üçün geniş yol açır.

Görüşdə parlamentlər arasında əməkdaşlığın daha da intensivləşdirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi, parlament nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və komitələrin səmərəliliyinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İki ölkənin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib və bunun iki ölkə arasında dostluq münasibətlərini gücləndirəcəyinə və hər iki ölkənin maraqlarına xidmət edəcəyinə əminlik ifadə edilib.

Süleyman
Xəbəri paylaş