Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda nikahların sayı azalır

Qazaxıstanda nikahların sayı azalır


Qazaxıstanda nikahların sayı son 20 ilin ən aşağı səviyyəsinə düşüb.

Newscenter.az yerli mediaya istinadən bildirir ki, bu ilin birinci rübünün nəticələrinə görə, ölkədə 21,6 min nikah qeydə alınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% azdır.

Bu il ən çox nikah Almatı, Astana və Türküstan vilayətlərində bağlanıb. Qərbi Qazaxıstan və Qızılorda vilayətlərində isə bu il evlənənlərin sayı çox azdır.

Qazaxıstanda nikah və boşanmaların əsas hissəsi şəhər yerlərində baş verir. 2026-cı ilin birinci rübündə şəhərlərdə 14,5 min, kənd yerlərində isə 7,1 min nikah qeydə alınıb. İl ərzində şəhərlərdə nikahların sayı 1,4%, kənd yerlərində isə 8,8% azalıb.

Şeyda
Xəbəri paylaş