Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Yunanıstan əlaqələri müzakirə edilib

Türkiyə-Yunanıstan əlaqələri müzakirə edilib


Türkiyənin xarici işlər naziri Hakan Fidan Yunanıstandan olan həmkarı Yorgos Yerapetritis ilə görüşüb.

Newscenter.az Türkiyə Xarici İşlrə Nazirliyinə istinadən bildirir ki, görüş Bolqarıstanın paytaxtı Sofiyada keçirilib.

Sofiyada keçirilən Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi (SECP) Dövlət və Hökumət Başçıları Zirvə Görüşü çərçivəsində baş tutan görüş səmimi müzakirələrlə yadda qalıb.

Məlumata görə, görüş zamanı xarici siyasət idarəsinin rəhbərləri Türkiyə ilə Yunanıstan arasında mövcud əlaqələri, Yaxın Şərqdəki vəziyəti, eləcə də tərəflərin maraqları çərçivəsində olan digər mühüm məsələləri müzakirə ediblər.

Hakan Fidanın Zirvə Görüşü çərçivəsində daha bir neçə ölkədən olan həmkarı ilə ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.

Süleyman
Xəbəri paylaş