
Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub.
Bu barədə Newscenter.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
"Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar", məlumatda bildirilib.
Şeyda












































