Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqazda tarix yenidən yazıldı

Cənubi Qafqazda tarix yenidən yazıldı


Süqutun bir addımlığından regionun hərbi-siyasi-iqtisadi arxitekturasını formalaşdıran gücə qədər uzanan çətin, məşəqqətli və bir o qədər qürurlu bir yolun adıdır Ulu Öndər Heydər Əliyev siyasi kursu.

Ümumilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinə, ümumiyyətlə, dünyanın siyasi tarix səhnəsinə gəlmiş nadir şəxsiyyətlərdən biridir. Əlbəttə hər bir dövrün öz şərtləri var və həmin tələblərə uyğun siyasi iradə, siyasi məsuliyyət və peşəkarlıq nümayiş etdirmək olduqca çətin, eyni zamanda kəskin siyasi zəka tələb edən bir məsələdir. Bu mənada Azərbaycan xalqı şansılıdır ki, məhz 15 iyun 1993 - cü ildə Heydər Əliyev ölkəni hərbi-siyasi xaosdan və bu xaos fonunda az qala müstəqiliyin itirilməsi təhlükəsindən xilas etdi. Onun hakimiyyətə gəlişiylə xalqımızın və dövlətimizin yüksəliş erasının təməli atıldı.

Müstəqilliyini yenicə qazanmış dövlət çox çətin bir şəraitdə, qüvvələr balansı eyni olmayan bir müharibədə davamlı itkilər verirdi. Əlbbətə burada qüvvələr balansı dedikdə təkcə Ermənistanla olan güc balansından söhbət getmir. Heç kimə sirr deyil ki, Birinci Qarabağ müharibəsində Ermənistan Rusiya tərəfindən fəal şəkildə dəstəklənirdi. Silah - sursat dəstəyi ilə yanaşı 366-cı alay kimi birbaşa döyüşlərə qatılan birləşmələr və yaxud qruplar varidiki onlar erməniləri hazırlayır, istiqamətləndirirdi. Bu çətin məqamda Ulu Öndər strateji qərarlar qəbul edərək qeyri-bərabər savaşda daha çox itkilərin qarşısını aldı. Bundan sonra isə Azərbaycanı güclülər liqasına yüksəldəcək qalxınma proqramı dövriyyəyə girdi. Bu olduqca çətin və inandırma qabiliyyəti tələb edən bir məsələdir. Çünki reallıq ondan ibarətdir ki, heç bir investor münaqişə olan bir ölkəyə investisiya yatırmaz. Öz maliyyəsini riskə atmaz. Yaşadığımız dövrdə bunun kifayət qədər örnəkləri mövcuddur. Lakin Ulu Öndər bunu bacardı və Əsrin Müqaviləsi ilə münaqişə olan bir ölkəyə milyardlarla dolların cəlb edilməsinə nail oldu. Nəticədə iqtisadi dinamizm başladı və Azərbaycan sabitlik çərçivəsində öz qüdrətini artırdı. Əlbəttə bunları bacaraq yeganə şəxs məhz Heydər Əliyev idi və o bunu etdi. Onun zəngin dövlətçilik təcrübəsi icazə verirdiki soyuqqanlılıq nümayiş etdirərək ən çətin situasiyaları belə itkisiz sonlandırsın.

Azərbaycan çox qısa bir zaman kəsiyində gücləndi, iqtisadi inkişaf digər sahələrə uğurla transformasiya olundu. Ümummili Liderin strateji kursu ondan sonra da, layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən peşəkarlıqla davam etdirildi. Təbii ki, hər bir azərbaycanlının diqqəti və qayəsi işğal altında olan torpaqların azad edilməsi idi. Bunun üçün ölkəmiz bütün imkanlara və gecə yiyələnmişdi. Lakin düzgün siyasi şərait yetişməli idi və nəhayət 2020 - ci ildə Cənubi Qafqazda tarix yenidən yazıldı. Azərbaycan 2020 - 2023 - cü illər ərzində elə bir qələbə qazandı ki, son 50 ildə bu keyfiyyətdə heç bir dövlət proses yekunlaşdıra bilməyib. Bütün bunlar düzgün təməlin və bu təməl üzərində qurulmuş strategiyanın nəticəsi idi.

Milli Qurtuluş Günümüz mübarək olsun.

Pərviz Mirizadə, siyasi şərhçi
Xəbəri paylaş