Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclis Aparatının əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

Milli Məclis Aparatının əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və Milli Qurtuluş Günü münasibətilə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin rəhbərliyi ilə Aparatın bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib.

Newscenter.az xəbər verir ki, iyunun 15-də başlayan yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızılqaya massivində, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb.

Yürüş iştirakçıları zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edərək, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Süleyman
Xəbəri paylaş