Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan hansı səbəblərə görə, Köçəryanı Bakıya təhvil verməz?

İrəvan hansı səbəblərə görə, Köçəryanı Bakıya təhvil verməz?


Sabiq Ermənistan prezidenti Robert Köşəryanın parlament seçkilərindən sonra ölkəni təkr etməyə çalışarkən saxlanılması belə bir fikir formalaşdırıb ki, Azərbaycana qarşı çoxsaylı müharibə cinayətləri törətmiş sabiq prezident Bakının istəyi ilə ölkəmizə təhvil verilə bilər. Bəs görəsən bu nə dərəcədə mümkündür?

Məsələ ilə bağlı Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib ki, Ermənistan hakimiyyətinin Köçəryanı Bakıya təhvil verilməsinə hələlik ehtimal vermək olmaz:

"Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında əvvəla hüquqi status yoxdur. Sülh müqaviləsi imzalanmayıb. Ölkələr arasında rəsmi diplomatik əlaqələr qurulmayıb. Buna görə də ekstradisiya proseduru mümkün deyil. Bəlkə bu məsələlər mümkün olduqdan sonra belə bir məsələ reallaşar".

Partiya rəsmçisi hesab edir ki, Ermənistan hakimiyyətinin qeyd edilən məsələlərsiz Köçəryanı Azərbaycana təhvil verməsi Ermənistan qanunlarının və beynəlxalq qanunların pozulması olar:

"Paşinyan buna getməz. Amma ümid edirik ki, Ermənistan hakimiyyəti Köçəryana qarşı Azərbaycanda açılmış iş üzrə icraatı da diqqətə alaraq onun bu cinayətlərinin də cəzasını almasını təmin edəcək".

Süleyman
Xəbəri paylaş