Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pekin Tokionu münasibətlərə zərbə vurmaqda günahlandırıb

Pekin Tokionu münasibətlərə zərbə vurmaqda günahlandırıb


Çin-Yaponiya münasibətlərindəki mövcud çətinliklərə görə məsuliyyət tamamilə Tokionun üzərindədir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun deyib.

Diplomat bildirib ki, Çin dəfələrlə iki ölkə arasında münasibətlərin ciddi çətinliklərlə üzləşdiyini qeyd edib:

"Bu çətinliklərin kökündə mövcud Yaponiya hakimiyyətinin Tayvan və hərbi təhlükəsizliklə bağlı bir sıra səhv hərəkətləri dayanır. Bunun məsuliyyəti tamamilə Yaponiya tərəfinin üzərindədir".

O, Tokionu Çinin əsas maraqlarına hörmət etməyə, Çinin daxili işlərinə müdaxiləni dayandırmağa və iki ölkə arasında imzalanmış dörd siyasi sənədə əməl etməyə çağırıb.

Şeyda
Xəbəri paylaş