
Çindao limanında Rusiya-Çin "Dəniz Qarşılıqlı Əlaqəsi 2026" təlimləri başlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə təlimin Rusiya və Çin tərəflərinin komandirləri kontr-admiral Sergey Sinko və kontr-admiral Qiu Venşenq bildiriblər.
Açılış mərasimi Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) dəniz bazasının ərazisində baş tutub.
Rusiya təliminin rəhbəri kontr-admiral Sergey Sinko çıxışında ənənəvi təlimlərin müdafiə xarakteri daşıdığını və üçüncü ölkələrə qarşı yönəlmədiyini vurğulayıb.
Rusiya-Çin təlimləri Birləşmiş Ştatlarda narahatlıqla qarşılanıb.
Arzu













































