Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp Ankarada Zelenski ilə görüşəcək

Tramp Ankarada Zelenski ilə görüşəcək


ABŞ prezidenti Donald Tramp iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

Newscenter.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Tramp iyulun 7-də Ankaraya gələcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. İyulun 8-də sammit tədbirlərində iştirak etdikdən sonra Tramp Zelenski və Suriya Prezidenti Əhməd əl-Şara ilə bağlı qapılar arxasında ikitərəfli görüşlər keçirəcək.

Amerika liderinin Zelenski ilə görüşdən sonra Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlayacağı ehtimal olunur.

Anar
Xəbəri paylaş