Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikada "Özbək məhəlləsi" yaradılıb

Amerikada "Özbək məhəlləsi" yaradılıb


ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində "Özbək Məhəlləsi" ictimai birliyi rəsmi olaraq qeydiyyatdan keçib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, təşkilat ABŞ-da yaşayan özbəklərin təşəbbüsü ilə yaradılıb. Qurum rəsmi olaraq Vaşinqton ştatı hökuməti tərəfindən qeydiyyata alınıb. Bu, Sietl və onun ətrafında yaşayan özbək icmasına fəaliyyətləri üçün hüquqi əsas yaratmağa imkan verəcək.

Hazırda Vaşinqton ştatında 3000-dən çox özbək yaşayır. Onların bəziləri Sietl və onun ətrafındakı iri texnoloji və transmilli şirkətlərdə proqram təminatı, süni intellekt, mühəndislik, aviasiya, tibb və sahibkarlıq sahələrində çalışırlar.

Assosiasiyanın məqsədi həmvətənləri birləşdirmək, milli bayramlar və mədəni tədbirlər təşkil etmək, ABŞ-a yeni gələn özbəklərin sosial adaptasiyasına kömək etmək, həmçinin gənc nəsil arasında ana dilinə və milli dəyərlərə marağı artırmaqdır.

Süleyman
Xəbəri paylaş