Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO-nun Ankara sammiti çərçivəsində ən azı 50 milyard dollar dəyərində müqavilələr imzalanıb

NATO-nun Ankara sammiti çərçivəsində ən azı 50 milyard dollar dəyərində müqavilələr imzalanıb


Ankarada keçirilən NATO sammiti çərçivəsində keçirilən müdafiə sənayesi forumunda ən azı 50 milyard dollar dəyərində müqavilələr imzalanıb.

Newscenter.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, müqavilələr hava hücumundan müdafiə sistemlərinin, PUA-ların alınmasını və silah və hərbi texnika sahəsində birgə layihələrin həyata keçirilməsini əhatə edir.

NATO-nun baş katibi Mark Rutte 20 ittifaq ölkəsinin növbəti beş il ərzində dron istehsalına və dron əleyhinə sistemlərə 40 milyard dollar sərmayə qoyacaq "Drone Edge" təşəbbüsündə iştirak edəcəyini açıqlayıb. O, həmçinin NATO ölkələrinin Ankara sammitində on milyardlarla dollar dəyərində müdafiə müqavilələri imzalayacağını bildirib.

Ankarada keçirilən iki günlük NATO sammitində Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olan 32 ölkənin lideri iştirak edir.

Arzu
Xəbəri paylaş