Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynaya davamlı dəstək veriləcək

Ukraynaya davamlı dəstək veriləcək


NATO-nun Ankara sammitinin iştirakçıları Ukraynaya dəstəyi davam etdirməyə sadiq qalacaqlar.

Newscenter.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib. Zirvə Görüşünün ikinci gününün başlamasından əvvəl Rutte jurnalistlərə bildirib ki, alyans dövlətləri bu barədə ümumi razılığa gəliblər.

"Gözləyirəm ki, bu gün müttəfiqlər Ukraynaya dəstəyi davam etdirmək niyyətlərini bir daha bəyan edəcəklər", - deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada NATO-nun 36-cı Zirvə Görüşü keçirilir.

Süleyman
Xəbəri paylaş