Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İSESKO-nun baş direktoru "Dostluq" ordeni ilə təltif edilib

İSESKO-nun baş direktoru "Dostluq" ordeni ilə təltif edilib


İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - İSESKO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Məlik Özbəkistan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bununla bağlı prezident Şavkat Mirziyoyev sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Səlim bin Məhəmməd əl-Məlik Özbəkistan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - İSESKO arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində və yeni səviyyəyə qaldırılmasında böyük xidmətlərinə, Özbəkistan xalqının qədim tarixinin, zəngin mədəni irsinin təbliğinə yönəlmiş "Yeni Özbəkistan" təşəbbüslərinə fəal beynəlxalq dəstəyinə görə bu yüksək mükafata layiq görülüb.

Sənəddə, "Böyük mütəfəkkirlərimizin və alimlərimizin İslam sivilizasiyasının və dünya elminin inkişafına əvəzsiz töhfələrinə, dünyada dostluq, həmrəylik və etimad prinsiplərinin bərqərar edilməsində, mədəniyyətlərarası dialoqun gücləndirilməsində, gənc nəslin xeyirxahlıq, tolerantlıq və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində nümunəvi fəaliyyətinə görə Elm və Mədəniyyət Təşkilatının baş direktoru Səlim bin Məhəmməd əl-Məlik Özbəkistan Respublikasının "Dostluq" ordeni ilə təltif edilsin", -deyə qeyd olunur.

Süleyman
Xəbəri paylaş