
İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail Dövlətinin mövcudluğuna qarşı yönəlmiş açıqlamalarının ciddiliyini bildirib. Bu barədə İsrail Baş Nazirinin Ofisi məlumat yayıb.
"Netanyahu və Tramp yenidən söhbət etdilər. Baş nazir Türkiyə Prezidenti Tayyib Ərdoğan və onun ətrafındakıların İsrail Dövlətinin mövcudluğuna qarşı açıqlamalarının ciddiliyini vurğuladı", - deyə bəyanatda bildirilir.
Türkiyə hakimiyyəti İsrailə qarşı müntəzəm olaraq sərt bəyanatlar verərək onu Qəzza zolağında müharibə cinayətləri və soyqırımda ittiham edir. Türkiyə 2024-cü ilin may ayından bəri yəhudi dövləti ilə bütün ticarət əlaqələrini dayandırıb. 2 iyulda Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraili "bütün dünya üçün problem", İsrail hökumətini isə "bəşəriyyətin artıq daşıya bilməyəcəyi bir yük" adlandırıb.













































