
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bir sıra xarici ölkələrdəki diplomatik nümayəndəliklərə yeni səfirlərin təyin edilməsi haqqında fərman imzalayıb.
Newscenter.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb. Belə ki, Abılxair Skakov Qazaxıstanın Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, yeni fərmana əsasən səfir vəzifəsindən azad edilən Rapil Joşıbayevi əvəz edib.
Həmçinin, Mədi Atamkulov Qazaxıstanın Serbiyadakı səfiri vəzifəsindən azad edilib. Onun yerinə Bolat İmanbayev təyin edilib. Bolat İmanbayev də öz növbəsində Qazaxıstan Respublikasının Ermənistandakı səfiri vəzifəsindən azad edilib.
Qazaxıstanın Hindistandakı səfiri Azamat Eskarayev eyni vaxtda Qazaxıstanın Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında və Nepalda səfiri təyin edilib.
Anar













































