Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə XİN: Avropa Parlamentinin Kipr qətnaməsi etibarsızdır

Türkiyə XİN: Avropa Parlamentinin Kipr qətnaməsi etibarsızdır


Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Kiprlə bağlı qəbul etdiyi qətnamə ilə bağlı yazılı açıqlama yayıb.

Newscenter.az nazirliyə istinadən bildirir ki, bəyanatda Türkiyə Silahlı Qüvvələrinə qarşı əsassız və məntiqsiz iddialar ehtiva edən qətnamənin "etibarsız" olduğu bildirilir. Eyni zamanda Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyinin qətnamə ilə bağlı verdiyi açıqlamaya tam dəstək nümayiş olunur.

Açıqlamada aşağıdakı fikirlər yer alıb:

"Çirkin böhtanlar ehtiva edən bu qərar, müəyyən dairələrin təsiri altında Avropa Birliyinin və xüsusən də Avropa Parlamentinin Kipr məsələsinə qarşı qəbul etdiyi qərəzli və təhrif olunmuş yanaşmanın son nümunəsidir. Avropa Birliyi qurumlarının Kipr məsələsinə yanaşmalarında tarixi reallıqlardan və qərəzsizlikdən getdikcə uzaqlaşması bizi narahat edir".

Süleyman
Xəbəri paylaş