
Banqkokun şimalındakı bir pabda baş verən güclü yanğın nəticəsində ən azı 27 nəfər ölüb, 63 nəfər yaralanıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə hakimiyyət orqanları məlumat verib.
Məlumata görə, təcili yardım və yanğınsöndürmə xidmətləri gələnə qədər yanğın bütün binanı əhatə edib.
Təcili yardım xidmətləri tərəfindən sosial mediada yerləşdirilən görüntülərdə pabın ön qapısından alovların püskürdüyü görünür. Baş nazir hadisə yerində olan jurnalistlərə 27 nəfərin öldüyünü və daha bir neçə nəfərin xəstəxanaya aparıldığını demişdi. O, yanğının səbəbinin araşdırıldığını bildirib.
Anar













































