
ABŞ ordusu İran ərazisinə növbəti zərbələr endirib. Hücum təxminən beş saat davam edib.
Newscenter.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın açıqlamasında deyilir:
"Mərkəzi Komandanlıq Şərq vaxtı ilə saat 22:15-də İrana qarşı zərbələr dalğasını başa çatdırdı. Beş saatlıq missiya zamanı ABŞ qüvvələri İran daxilindəki hərbi hədəflərə uğurla zərbələr endiriblər".
Zərbələr Buşehr, Cask, Konarak, Bəndər Abbas, Çabahar şəhərlərini və Əbu Musa adasını əhatə edib.
Arzu













































