Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Qətərə gedir

Ərdoğan Qətərə gedir


Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək.

Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, Türkiyə lideri Qətər dövlətinin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Taninin başsağlığı mərasiminə qatılacaq.

Qeyd edək ki, dünən uzun müddətdir müalicə alan Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Taninin 74 yaşında vəfat etdiyi bildirilir.

Şeyx Həmədin vəfatı ilə əlaqədar ölkə daxilində dörd günlük rəsmi matəm elan edilib.

1995-ci ildən 2013-cü ilə qədər Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Taninin 2013-cü ildə hakimiyyəti oğlu Şeyx Təmim bin Həməd Əl Taninə təhvil verdiyi bildirilib.

Anar
Xəbəri paylaş