
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) ABŞ bazalarına son qələbəyə qədər zərbələri davam etdirəcək.
Newscenter.az İRNA-ya istinadən bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu özü açıqlama yayıb.
Hərbi qurumun sözlərinə görə, ABŞ atəşkəsi pozduğundan bəri İİKK bölgədəki Amerika bazalarına altı pilotsuz təyyarə hücumu həyata keçirib. Bundan əvvəl İran Silahlı Qüvvələri İordaniyadakı Əl-Əzraq aviabazasına zərbələr endirib.
Qeyd edək ki, son bir neçə gün ərzində İran ətrafında gərginlik yenidən artıb. Birləşmiş Ştatlar İranın bir neçə iri şəhərlərində yerləşən hərbi obyektlərə zərbələr endirib.
Anar













































