
Rusdilli məzmun dövlət mediasından yox edilməlidir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Latviyanın mədəniyyət naziri Nauris Puntulis deyib. Nazir hesab edir ki, dövlət mediasında rusdilli əzmun hələ də mövcuddur və müstəqil Avropa millət-dövlətində rusdilli məzmunun mövcud olması üçün heç bir səbəbimiz yoxdur:
"Xüsusilə də hazırkı hərbi vəziyyətdə. Onun azalması nə deməkdir? Tamamilə yox olmalıdır, vəssalam".
Puntulis daha əvvəl tabeliyindəki qurumlar tərəfindən ictimai yerlərdə rus dilindən istifadəni qadağan edən sərəncam vermişdi. Sərəncama əsasən, bu qurumlar dövlət dili tələblərinə riayət etməlidirlər. Bu, istənilən növ beynəlxalq tədbirlərə, reklamlara və veb saytlara aiddir. Qurumlar nazirin əmrinə 30 iyul tarixinə qədər əməl etməlidirlər.
Anar













































