Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran: ABŞ anlaşma memorandumunu 42 dəfə pozub

Tehran: ABŞ anlaşma memorandumunu 42 dəfə pozub


İran ABŞ tərəfindən anlaşma memorandumunun ən azı 42 ciddi şəkildə pozulmasını qeydə alıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin təşkilatın baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda bildirilir.

Sənəddə deyilir ki, İran İslam Respublikası ABŞ hökuməti tərəfindən İslamabad Anlaşma Memorandumunun açıq və əhəmiyyətli şəkildə pozulmasının 42 halını sənədləşdirib. İran diplomatı qeyd edib ki, memorandum imzalandıqdan dərhal sonra və bu günə qədər ABŞ öz öhdəliklərini sistematik şəkildə pozub.

Məktubda vurğulanır ki, Amerika Birləşmiş Ştatları təcavüzkardır, qurban deyil. Mülki şəxslərə və mülki infrastrukturlara qarşı qəsdən edilən hücumlar müharibə cinayətləri və insanlığa qarşı cinayətlər təşkil edir.

Anar
Xəbəri paylaş