
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsi ilə bağlı hazırda ABŞ Konqresində yekunlaşdırılan qanun layihəsinin qəbul edilməsini prioritet hesab etmir.
Newscenter.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Amerika lideri müşavirlərinə bu məsələni qanunvericilik prioriteti hesab etmədiyini açıq şəkildə bildirib. Bildirilir ki, Tramp bu qanun layihəsini dəstəkləməyə hazır ola bilər, bir şərtlə ki, onun mətnində məhdudiyyətləri dayandırmaq və ya ləğv etmək kimi müstəsna hüquqları təsbit edilsin. ABŞ prezidenti bu variantı vacib danışıqlar vasitəsi hesab edir.
Qeyd edək ki, 11 iyulda qəfildən vəfat edən senator Lindsi Qraham Rusiya əleyhinə sanksiyalar qanun layihəsinin əsas müəlliflərindən biri idi. Qəzet qeyd edir ki, Qrahamın ölümündən sonra bir neçə amerikalı qanunverici təşəbbüs üzərində işləməyə davam etmək ümidini bildirsə də, onun ölümünün qanun layihəsinin qəbul edilməsinə təkan verəcəyi və ya əksinə, prosesi gecikdirəcəyi bəlli deyil.
Arzu













































