Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Slovakiya dostluğu möhkəmlənir

Azərbaycan-Slovakiya dostluğu möhkəmlənir


"Şuşa şəhəri Azərbaycan və Slovakiya arasında formalaşan yeni strateji tərəfdaşlıq xəttinin ən mühüm diplomatik mərkəzinə çevrilərək hər iki ölkə rəhbərinin mühüm bəyanatlarına şahidlik etdi. Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini keçirdikləri yüksək səviyyəli görüşdən sonra mətbuata açıqlama verərək ikitərəfli əlaqələrin yalnız rəsmiyyətdən ibarət olmadığını, real layihələrlə dəstəklənən praqmatik bir dostluğa söykəndiyini bəyan etdilər".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Günay Nəsrəddinova deyib. O bildirib ki, bu bəyanatlar həm regional əməkdaşlıq, həm də beynəlxalq müstəvidə qarşılıqlı dəstək baxımından gələcək fəaliyyət planının aydın yol xəritəsini cızmış oldu:

"Görüşün yekunlarında ən böyük diqqət Slovakiyanın Qarabağ regionunun bərpası və yenidən qurulması prosesindəki birbaşa səmimi iştirakına yönəldildi. Ağdam rayonunun Baş Qərvənd kəndinin müasir standartlara uyğun şəkildə yenidən qurulmasını öz üzərinə götürən Slovakiya şirkətlərinin bu fəaliyyəti tərəfdaşlığın ən nəzərəçarpan praktiki nümunəsidir. Həmçinin Slovakiya dövlətinin bu kənddə müasir məktəb binası inşa edərək Azərbaycana töhfə vermək təşəbbüsü iki xalq arasındakı humanitar və dostluq bağlarının mənəvi rəmzi kimi dəyərləndirildi".

Hakim partiya təmsilçisi qeyd edib ki, iqtisadiyyat sahəsində isə enerji və hərbi sənaye sektorları danışıqların əsas sütunlarını təşkil etdi:

"Azərbaycanın Avropa qitəsinin, xüsusilə də Slovakiyanın enerji təhlükəsizliyində oynadığı etibarlı tərəfdaş rolu bir daha təsdiqlənərkən, müdafiə sənayesi istiqamətində atılan strateji addımların da yaxın zamanlarda Bakıda keçiriləcək beynəlxalq sərgidə real nəticələrlə nümayiş etdiriləcəyi bildirildi. Hər iki ölkənin müvafiq qurumları arasında qurulan bu sıx koordinasiya iqtisadi əlaqələrin şaxələndirilməsinə böyük təkan verir".

Anar
Xəbəri paylaş