
Azərbaycanda 2026-cı ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb.
Bu barədə Newscenter.az-a Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində fəlsəfə doktoru elmi dərəcəsi 209 qadın, 86 kişi, elmlər doktoru dərəcəsi isə 20 qadın, 20 kişiyə verilib.
Bundan başqa, humanitar sahələrdə, xüsusilə filologiya, pedaqogikada 8 qadın və 2 kişi olmaqla elmi dərəcə almış qadınların sayı çoxdur. Ancaq texnika elmləri və qismən iqtisad sahələrdə 1 qadın, 4 kişi olmaqla kişilərin payı daha yüksəkdir.
Arzu












































