Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda 248 siyasi məhbus var

Ermənistanda 248 siyasi məhbus var


Ermənistanda ən azı 248 nəfər siyasi səbəblərdən həbsdədir. İctimai xadimlər onlara qarşı qanunsuz hərəkətlər barədə BMT-yə, Avropa Şurasına və Avropa İttifaqına məlumat verməyi planlaşdırırlar.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə respublikanın ilk ombudsmanı Larisa Alaverdyan bildirib.

"Təkcə iyun ayı etibarilə Ermənistanda 248 siyasi məhbus qeydiyyata alınıb. Bu rəqəmləri bizə Ermənistan Partiyası fraksiyasından parlament üzvü Elinar Vardanyan təqdim edib", - deyə Alaverdyan bildirib.

O bildirib ki, iyulun 14-də ictimai xadimlərin, hüquq müdafiəçilərinin və siyasətçilərin təşəbbüsü ilə siyasi səbəblərə görə təqib olunan şəxslərin hüquqları üzrə komissiya yaradılıb. Alaverdyanın sözlərinə görə, bu addımın səbəblərindən biri Ermənistanda siyasi təqib qurbanları haqqında hərtərəfli məlumatın və vahid məlumat bazasının olmamasıdır. Hüquq müdafiəçisi hesab edir ki, ölkədə insanların hakimiyyətə qarşı sədaqətsizliyi nəzərə alınmaqla təqib edilməsinin səbəbləri aydındır. Belə vətəndaşlara qarşı cinayət işləri açılır, onlar istintaq təcridxanalarına yerləşdirilir, həbs müddətləri daim uzadılır və heç bir istintaq aparılmır:

“Bu hərəkətlər hüquqi özbaşınalıq hissi yaradır. Buna görə də biz, bir qrup insan hüquqları müdafiəçisi və ictimai xadim, bu məlumatları toplamaq olan bu komissiyanı yaratmaq qərarına gəldik. Həmçininn beynəlxalq təşkilatları - BMT, Avropa Şurası və Aİ-ni bu barədə məlumatlandırmağı qarşıya məqsəd qoymuşuq. Gördüyümüz kimi, beynəlxalq təşkilatlar Ermənistan hakimiyyətinin bu qanunsuz hərəkətlərinə göz yumurlar”.

Onun fikrincə, respublikada hüquqi nihilizmə səbəb olan məhz beynəlxalq qurumların susqunluğudur.

Süleyman
Xəbəri paylaş