
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmanla görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə Binəli Yıldırım özü möəlumat verib. Bildirib ki, görüşdə Şimali Kiprin Türk dünyasında yeri və rolu, bu ölkənin dünyada tanıdılması istiqamətində görülən işlər barədə danışılıb.
Binəli Yıldırım bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyasının ayrılmaz və əvəzolunmaz hissəsidir. Onun sözlərinə görə, Türkiyə dünən olduğu kimi bu gün, sabah və hər zaman Şimali Kipr Türk Cümhuriyyətinin yanında olmağa davam edəcək.
"Ortaq tariximizdən, mədəniyyətimizdən, qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dünyasında birliyi, həmrəyliyi, əməkdaşlığı daha da təbliğ etmək əzmindəyik. Şimali Kipr Türk Cümhuriyyətini beynəlxalq arenada layiq olduğu mövqeyə gətirmək üçün birgə səylərimizi davam etdirəcəyik",-deyə TDT Ağsaqqallar Şurasının sədri vurğulayıb.
Süleyman












































