
Amerika Birləşmiş Ştatları Avropadan Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcı təyyarələrini yerləşdirmək qərarına gəlib.
Newscenter.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələri və Böyük Britaniyadan gizli F-35 təyyarələri Yaxın Şərqə yerləşdirilib. Nəşr qeyd edir ki, regiona əlavə tanker təyyarələri də yerləşdirilir. Qəzetin iddiasına görə, bu addımlar "Tramp administrasiyasının tezliklə İrana qarşı zərbələri artıra biləcəyinə dair daha bir əlamətdir.
Əlavə döyüş təyyarələrinin harada yerləşəcəyi hələ də məlum deyil. ABŞ tankerlərinin bəzilərinin isə İsraildəki hava bazalarına göndərilməsi gözlənilir.
Anar













































