Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SEPAH generalları bəyanatlarında bir az ehtiyatlı və təvazökar olmalıdır

SEPAH generalları bəyanatlarında bir az ehtiyatlı və təvazökar olmalıdır


Son aylar ərzində İran generallarının dəfələrlə səviyyəsiz bəyanatlarının şahidi olmuşuq. Bu dəfə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanının müavini Ruhullah Nuri SEPAH qüvvələrinin ən yüksək hazırlıq səviyyəsində olduğunu bildirərək, ABŞ-nin İran ərazisinə hər hansı sızmasının elə ilk andaca zərərsizləşdiriləcəyi ilə hədələyib.

Yaxın günlərdə ABŞ zərbələrinin növbəti hədəfi olmaq şansını itirməyən İran generalına sual vermək istəyirəm: ABŞ qüvvələri aprelin 3-də İranda vurulan F-15E qırıcısının pilotlarını xilas etmək üçün İran ərazisinə daxil olaraq xüsusi xilasetmə məqsədli iki günlük quru əməliyyatı keçirib. Görəsən həmin günlərdə bir ABŞ əsgərinin tükünə toxuna bilməyən, bu əməliyyatdan və arxasından ümumiyyətlə xəbəri olmayan SEPAH generalı hansı ərazidə gizlənmişdi?

Newscenter.az xəbər verir ki, bunları hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, öz əhalisinə, ərazisinə, döyüş gəmilərinə və zirehli vasitələrinə atəş açan SEPAH generalları bəyanatlarında bir az ehtiyatlı və təvazökar olmalıdır:

"Əlbəttə ki, İranda dar ağacı qorxusu ilə yaşayan soydaşlarımız bu biabırçılıqlar barədə səsini çıxara bilmir, amma mən onların əvəzindən bəzi məsələləri beyinsiz SEPAH rəhbərlərinə xatırlatmağa özümə borc bilirəm.

Daim hər kəsi hədələyən Əli qanlı SEPAH generalları yaxşı olar ki, əhaliyə İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Konarak” gəmisinin təlim zamanı İranın digər “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən buraxılan raketlə vurulmasınin əsl məqsədi, nəticədə 40 İran hərbçisinin həlak olması və çox sayda yaralılar barədə hesabat versinlər".

Anar
Xəbəri paylaş