
ABŞ Hörmüz boğazından yük daşınması üçün təhlükəsiz tranzit dəhlizi yaratmaq məqsədilə digər ölkələrlə danışıqlar aparır. Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Bəli, biz bu barədə danışıqlar aparırıq və [maraqlarını] ifadə edən ölkələr var. Lakin bəzilərinin bunu necə təşkil edə biləcəklərinə dair fərqli yanaşmaları var - bəzilərinin beynəlxalq təşkilatdan beynəlxalq mandat alması, digərlərinin isə qanunvericilik prosesindən keçməsi lazımdır”, - deyə Rubio Manilada keçirilən 59-cu ASEAN Xarici İşlər Nazirləri Konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O əlavə edib ki, Vaşinqton hesab edir ki, bir çox ölkələr Fars körfəzindən idxal olunan neftdən asılı olduqları üçün ilk növbədə Hörmüz boğazından təhlükəsiz tranzitin təmin edilməsində maraqlı olmalıdırlar. ABŞ boğazda gəmiçiliyin qorunmasında digər ölkələrlə əməkdaşlıq etməyə ümid edir.











































