Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli mətbuatımızın tarixi və inkişaf yolu

Milli mətbuatımızın tarixi və inkişaf yolu



"Yerli mətbuatımızın təməl daşı ötən əsrlərdə — 1875-ci ilin iyul ayının 22-də atılmışdır. Həmin gün dahi maarif xadimi Həsən bəy Zərdabinin birbaşa səyi və rəhbərliyi sayəsində işıq üzü görən "Əkinçi" qəzeti milli jurnalistikamızın banisi statusunu qazanmışdır.

Ömrü uzun olmasa da — 1877-ci ilin sentyabr ayına qədər cəmi 56 sayı çap edilsə də, bu nəşrin xalqımızın mədəni və ictimai həyatındakı rolu müstəsnadır. Əsas məqsədi insanları elmə, maarifə və tərəqqiyə səsləmək olan qəzet qısa müddət ərzində cəmiyyətin bütün təbəqələrinin dərin rəğbətini qazanmağı bacarmışdır".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Lalə Məmmədova deyib. O qeyd edib ki, ölkəmizdə söz və mətbuat azadlığının qorunması, həmçinin bu sahənin maddi-texniki bazasının gücləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır:

"Məhz ümummilli liderin əsasını qoyduğu dövlət media siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda beş mindən çox müstəqil media subyekti fəaliyyət göstərir, milli mətbuatımız qlobal informasiya məkanına uğurla inteqrasiya olunub. Həmçinin, ölkə jurnalistikasında peşəkar prinsiplərin və etik normaandaşmasının tənzimlənməsində mühüm addımlar atılmışdır. 2003-cü il martın 15-də keçirilən Azərbaycan jurnalistlərinin I qurultayında qəbul edilən Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları və Azərbaycan Mətbuat Şurasının yaradılması media sahəsindəki pərakəndəliyin aradan qaldırılmasında, eləcə də qurumlararası münasibətlərin sağlam təməllər üzərində qurulmasında əsaslı rol oynamışdır.

Tarixi köklərə olan dərin hörmətin və milli mətbuatın xidmətlərinin yüksək qiymətləndirilməsinin nəticəsidir ki, ulu öndər Heydər Əliyevin 1991-ci il 22 iyul tarixli sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün — 22 İyul Azərbaycanda Milli Mətbuat Günü kimi təsis edilmişdir".

Anar
Xəbəri paylaş