Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Ermənistanı quşla müqayisə edib

Paşinyan Ermənistanı quşla müqayisə edib


Ermənistanın Baş naziri Nikol Paşinyan pəncərəyə dəyən quşun videosunu paylaşaraq bunu ölkə ilə müqayisə edərək tarixin axarını dəyişdirmək üçün köhnə məntiqdən imtina edib fərqli bir yol seçməyin vacibliyini bildirib.

Paşinyan "Tarix dərslərində gözlənilməz paralellər" başlığı ilə yayımlanan videoda qeyd edib ki, "bu kiçik quş içəri uçub və yeddi-səkkiz saatdır ki, şüşəyə çırpılaraq çıxmağa çalışır, çünki qarşıda açıq məkan görür. Və aydındır ki, [şüşəyə] nə qədər çırpılsa da, məlum səbəblərdən çıxa bilməyəcək. Bu arada, qonşu qapıda onun küçəyə uça biləcəyi açıq bir qapı var. Kiçik quşumuz üçün yeganə çıxış yolu daim şüşəyə çırpılmaq məntiqindən imtina edib fərqli bir yol seçməkdir. Və tariximiz haqqında bilməli olduğumuz şey budur", - deyə Paşinyan "Tarix dərslərində gözlənilməz paralellər" başlığı ilə yayımlanan videoda qeyd edib.

Video Ermənistan baş nazirinin sosial media hesabında paylaşılıb.
Xəbəri paylaş