Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın xarici siyasəti sülh və dostluq prinsiplərinə əsaslanır

Azərbaycanın xarici siyasəti sülh və dostluq prinsiplərinə əsaslanır



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində ölkə başçısı və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts mətbuat üçün birgə bəyanatlarla çıxış etmişlər.
Bildirmək istərdim ki, çıxışı zamanı Prezident Almaniyanın Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində nümayiş etdirdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. O qeyd etdi ki, uzun illər davam edən qarşıdurmadan sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş əldə olunub. Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə tərəflər arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyaraq uzunmüddətli münaqişənin başa çatmasında əhəmiyyətli rol oynayıb. Prezident vurğuladı ki, Azərbaycan əldə olunan razılaşmaların icrasına dərhal başlayıb və regionda qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verən konkret addımlar atıb. Bu gün Azərbaycanın Ermənistana benzin və dizel yanacağı tədarük etməsi həmin ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm dəstək göstərir. Bununla yanaşı, Azərbaycan ərazisi üzərindən Ermənistana tranzit yükdaşımalarının həcmi də davamlı şəkildə artır və indiyədək bu marşrutla 40 min tondan artıq yük daşınıb ki, bu da bölgədə iqtisadi əməkdaşlığın genişlənməsinin real göstəricilərindən biridir.
Nəticə olaraq sonda , görüş zamanı tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarını geniş şəkildə müzakirə edildi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün konkret addımların vacibliyi vurğulandı. Hökumətlərarası əməkdaşlıq mexanizmlərinin aktivləşdirilməsi və qarşılıqlı dialoqun davam etdirilməsi ilə bağlı ortaq yanaşma sərgiləndi. Ümumilikdə, bu təmaslar Azərbaycan ilə Almaniya arasında münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu göstərməklə yanaşı, gələcək üçün yeni və ümidverici imkanların formalaşdığını ortaya qoyur.

Fariz İmamverdiyev
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş