Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyaya qarşı ABŞ Senatı yeni sanksiyalar qəbul edəcək

Rusiyaya qarşı ABŞ Senatı yeni sanksiyalar qəbul edəcək


ABŞ Senatı yayın sonuna qədər Rusiyaya qarşı ABŞ sanksiyalarını sərtləşdirmək üçün qanun layihəsini təsdiqləyə bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri jurnalistlərə Senatdakı Respublikaçıların lideri Con Tyun bildirib.

“Demokratlar və Respublikaçılarla söhbətlər aparıram və düşünürəm ki, biz bu məqsədə yaxınlaşırıq”, - deyə o, qanun layihəsinin yay qanunvericilik tətilindən əvvəl qəbul edilməsi perspektivlərini şərh edərkən bildirib.

Tyun həmçinin bildirib ki, həmkarları ABŞ prezidenti Donald Trampın bu yaxınlarda tələb etdiyi kimi, qanun layihəsinə İrana xas müddəalar əlavə edirlər.

Qeyd edək ki, Rusiyaya qarşı birtərəfli məhdudiyyətləri sərtləşdirəcək və ticarət tərəfdaşlarına tariflər tətbiq edəcək yenilənmiş qanun layihəsi iyulun 16-da Senata rəsmi olaraq təqdim edilib.

Sənədin yeni versiyasının mətninə görə, Rusiyanın ən yüksək siyasi və hərbi rəhbərliyinə, dövlət şirkətlərinə, Rusiyanın müdafiə sənayesini dəstəkləyən xarici müəssisələrə qarşı sanksiyalar təklif olunur.

Anar
Xəbəri paylaş