
ABŞ Senatı prosedur səsverməsindən sonra Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları dayandırmasını tələb edən qətnaməni bloklayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, layihə 49 əleyhinə və 47 lehinə səs alıb. Konqresin yuxarı palatası səsvermə zamanı partiya xətləri üzrə faktiki olaraq iki yerə bölünüb. Hakim Respublikaçılar Partiyasından yalnız bir qanunverici sənədin lehinə səs verib. Bir Demokrat isə qətnamənin əleyhinə çıxıb. Təşəbbüsün məqsədi Trampın ABŞ ordusundan İranın daxilində və ya əleyhinə istifadəsinin qarşısını almaq idi.
Qeyd edək ki, Nümayəndələr Palatası da oxşar qətnamə qəbul etmişdi. Səsvermə 214 lehinə 208 səs çoxluğu ilə qərarlaşmışdı. Təşəbbüsü Nümayəndələr Palatasının dörd üzvü, o cümlədən hakim Respublikaçılar Partiyasının dörd üzvü dəstəkləyib.
Qətnamə Prezidentə ABŞ Silahlı Qüvvələrinin İran İslam Respublikasına qarşı döyüşdə istifadəsini dayandırmağı tapşırır və mümkün quru əməliyyatlarını faktiki olaraq qadağan edir. Lakin, bu, ABŞ administrasiyası üçün məcburi deyil və tövsiyə xarakteri daşıyır.
Anar













































