
Serbiya Prezidenti Aleksandr Vuçiç Ukrayna ilə əməkdaşlıqdan imtina etmək üçün heç bir səbəb görmədiyini bildirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, dövlət başçısı bu açıqlamanı Avstriyanın "Die Presse" qəzetinin baş direktoru Rayner Novakla söhbətində verib.
"Biz Asiya ölkələri ilə, eləcə də Rusiya ilə dostluq münasibətlərimizi nəzərə almalıyıq. Başqasının ona qarşı çıxdığı üçün biz kiməsə qarşı çıxa bilmərik. Ukrayna ilə əməkdaşlıq etməməyimiz üçün heç bir səbəb görmürəm", - deyə Vuçiç bildirib.
Vuçiç Ukrayna prezidentin Volodimir Zelenskinib Serbiyaya səfərini də istisna etməyib.
Anar













































